Mahirin komandası Avstriya səfərində, “Real” “Şaxtyor”a qarşı

mahirin-komandasi-avstriya-seferinde-real-saxtyora-qarsi
Oxunma sayı: 1123

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü tur başa çatacaq. 

“Qafqazinfo” xəbər verir ki, E, F, G və H qruplarında 8 matç oynanılacaq.

Milli komandamızın hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb, Xorvatiya) “Zalsburq”un qonağı olacaq. Qrupunun digər matçında isə “Çelsi” ilə “Milan” üz-üzə gələcək.

G qrupunda “Mançester Siti” “Kopehangen”lə, “Sevilya” isə Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

Çempionlar Liqası

5 oktyabr

E qrupu

20:45. "Zaltsburq" (Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
23:00. "Çelsi" (İngiltərə) - "Milan" (İtaliya)

F qrupu

20:45. "Leyptsiq" (Almaniya) - "Seltik" (Şotlandiya)
23:00. "Real" (Madrid, İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

G qrupu

23:00. "Mançester Siti" (İngiltərə) - "Kopenhagen" (Danimarka)
23:00. "Sevilya" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)

H qrupu

23:00. "Yuventus" (İtaliya) - "Makkabi" (Hayfa, İsrail)
23:00. "Benfika" (Portuqaliya) - PSJ (Fransa)