Mahirin komandası da məğlub oldu - Yenilənib

mahirin-komandasi-da-meglub-oldu
Oxunma sayı: 8184

Millimizin hücumçusu Mahir Emreli yeni komandası Zaqreb “Dinamo”su Avropa Liqasının 1/16 final mərhələsində “Sevilya”nın qonağı olacaq.

“Qafqazinfo” xəbər verir ki, Emreli matçın iştirak ərizəsinə daxil edilib və bu oyunda meydana çıxa bilər. 

 “Ramon Sançes Pisxuan” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

***

Komandaların heyətləri açıqlanıb.

Mahirin adı oyunun iştirak ərizəsindədir. O, ehtiyat oyunçular siyahısında yer alıb.

***

"Sevilya" - "Dinamo" qarşılaşmasında birinci hissə ev sahibinin üstünlüyü ilə başa çatıb - 3:1.

Qollar: İvan Rakitiç, 13 pen. (1:0), Mislav Orsiç, 41, (1:1), Lukas Okampos, 44 (2:1), Martial, 45+1 (3:1)

***

 Mahir Emreli matçın 57-ci dəqiqəsində meydana çıxıb.

***

Matç ev sahibinin qələbəsi ilə başa çatdı - 3:1.