Mahirin komandası uduzdu - Yenilənib

Mahirin komandası uduzdu
Oxunma sayı: 3576

Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi  Legiya bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci tur oyununu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, Varşava təmsilçisi “Lester”in qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

Qeyd edək ki, bu komandalar arasında Polşada oynanılan ilk görüşdə “Legiya” 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu məhz millimizin üzvü vurub.

26 noyabr

00:00. "Lester" (İngiltərə) -  "Legiya" (Polşa)

***

Mahir Emreli start heyətdə yer alıb.

***

"Lester" matçın 11-ci dəqiqəsində Patson Dakanın vurduğu qolla önə keçdi.

***

Mahir Emreli 25-ci dəqiqədə penaltidən yararlana bilmədi. 

***

Birinci hissə 3:1 ev sahibinin üstünlüyü ilə başa çatdı.

***

Matç başa çatdı. Həmyerlimizin şərəfini qoruduğu “Legiya” səfərdə “Lester”ə məğlub oldu – 3:1.