Mahirin komandasının növbəti sınağı

mahirin-komandasinin-novbeti-sinagi
Oxunma sayı: 1682

Xorvatiya çempionatında 26-ci turun oyunları davam edir. 
 
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su “Şibenik”i sınağa çəkəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
 
“Dinamo”ya bir müddət öncə keçən Emreli hələ Xorvatiya çempionatında debüt etməyib. Əvəzində o, Avropa Liqası çərçivəsində baş tutan İspaniya “Sevilya”sı ilə səfər (1:3) və ev (1:0) oyununda iştirak hüququ qazanıb.
 
“Dinamo” hazırda 50 xalla 10 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. 
 
18:00. “Dinamo” (Zaqreb) – “Şibenik”