“Mahirin penalti vurması ən ürəksiz qərarım idi” - Qurban Qurbanov

mahirin-penalti-vurmasi-en-ureksiz-qerarim-idi
Oxunma sayı: 4053

"Futbolçularımızı təbrik edirəm. Bu oyunlarda bir az soyuqqanlılıq həddən artıq çox vacibdir. Həmçinin, səbrli olmaq. Futbolçular özlərini meydanda çox sərbəst, çox rahat hiss etdilər. Çox düzgün oyun qurmağa çalışırdılar. Vacibi o idi ki, hazırlaşdığımız kimi oynadıq. Oyunu axıra qədər belə sona çatdırdıq. Vacib olan üç xalı qazandıq. Sənana kubokda və çempionatda uğurlar arzulayıram".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov müsahibəsində deyib.

- Uzun illərdən sonra çempionluğun taleyi son tura qaldı. Həmin oyun haqda hansı fikirdəsiniz?

- Fərqli nüanslar var. Rahat da deyə bilərik. Əksinə, ola bilər ki, çətinlik də olsun. Amma futbolçularıma inanıram. Bu oyun bəlkə də çempionatda ən səbrəst çıxmalı oyun olacaq. İnanıram, buna da özlərini hazırlayacaqlar. Bugünkü gündə futbolçuların hazırlığı o səviyyədədir ki, özlərini ən yaxşı tərəfdən hazırlayacaqlar. Baxmayaraq ki, son oyundu, çempionluğun taleyi həll olunur, öz oyunumuzu oynamağa çalışacağıq. Çəkinmədən bu oyunda öz oyunumuzu yaxşılaşdırmağa çalışacağıq.

- Bu mövsüm çempionluq əldən getsə, Qurban və Qarabağ üçün nəsə demək olacaq?

- İnanmıram belə düşünən olsun. Mən və ya Qarabağ tək deyilik. İdmanda idman prinsipləri var. İlk olaraq qələbə haqda düşünürük. Mən bura gələndən rəhbərliklə birlikdə futbolçularla hər söhbətimdə hər oyun qalib gəlməyə çalışmaq məqsədimiz olub. İşimizi əgər düzgün qururuqsa, tələblərimiz düzgündürsə, nəticə olacaq. Sabaha çempion olmasaq, "nəsə deməkdi" deyə düşüncələr olacağını düşünmürəm. Biz bu komandada komandanı sevərək işləyirik və məsuliyyətlə işləyirik. Komandanın yaşaması öz oyun üslubu olması, komandanın daima daha çox hücuma keçməsi, hücum futbolu oynamaq hədəfimizdi. Nəticə də olacaq. Nə vaxtsa nəticə olmaya bilər. Amma daha çox olacaq, nəinki olmayacaq.

- Mahirin penalti vurmasına münasibətiniz. 

- Ürəyimdən keçdi ki, Mahir vursun. Heç vaxt belə olmamışdı. Ən ürəksiz qərarım idi. Qərar verəndə inanaraq, görərək veririk. Epizoddu da. Mahir oyundan daha çox qol vurur, daha motivasiyalı çıxacaq. Ən ürəksiz qərarımdı vursun. Uroş Matiç penalti vurmaya bilər. Amma o, öz bacarığından ustalıq keyfiyyətlərindən istifadə edər. Olur da. Elə futbolçular ən vacib məqamda vurmayıblar ki...

- Ozobiçin millidə oynamasına münasibətiniz?

- Bildiyim qədərilə maraqlanırdılar. Amma son vaxtlar belə bir şey eşitməmişəm. Məlumatım yoxdur. Fikirlərində olduğunu bilirdim.

- Neftçinin fasilə ərəfəsində hesabı açması sizin üçün paltardəyişmə otağında gərginlik yaratdı?

- Ümumiyyətlə, həmin oyunu müzakirə etmədik.

- Filip Ozobiçin millidə oynayarsa, yerli statusu daşıyacaq. Bu sizin üçün hansısa üstünlük qazandıracaq?

- Bizdə gəncləri çıxmaq şərtilə yerli oyunçuların sayı azdır. Bir oyunçunun əlavə olunması, əlbəttə, üstünlükdür. Millimiz üçün xeyirlidisə, fayda verəcəksə, olsun. Legioner kimi oynatmışıq.

- Son tura azarkeş buraxılmasından yana olarsınız?

- Bütün qərarlara hörmətlə yanaşmalıyıq. Arzumuz odur ki, stadionlar dolsun. Ən doğrusu hansıdırsa, o qərarı verəcəklər. Bizim hər hansı reaksiyamız yoxdur.