Mahirin transfer qiyməti açıqlandı

mahirin-transfer-qiymeti-aciqlandi
Oxunma sayı: 5192

Milli komandamızın hücumçusu Mahir Emrelinin transfer qiyməti artıb.

“Qafqazinfo” xəbər verir ki, məşhur Transfermarkt saytının redaksiya heyəti Polşa yüksək liqasındakı futbolçuların bazar qiymətini müəyyənləşdirib. Saytın rəsmi İnstaqram səhifəsində yayılan açıqlamada qeyd edilib ki, bu zaman əsas diqqət "Legiya"nın azərbaycanlı hücumçusu Mahir Emreliyə yönəlib.

Bu mövsüm Varşava klubundakı uğurlu oyununa görə Emrelinin qiyməti 1 milyon 200 min avro məbləğində artaraq 2 milyon avroya çatıb.

Bundan başqa, M.Emreli Polşa Liqasının ən bahalı oyunçuları sırasında 10-cu pillədə yer alıb. Birinci yeri "Poqon"un yarımmüdafiəçisi Kasper Kozlovski (8 milyon avro) tutur.

Xatırladaq ki, qeyri-rəsmi xəbərə görə, "Legiya"ya azad agent kimi keçən Emreli hazırda ilinə 350 min avro maaş alır.