Mahmud Abbas Rusiyaya gedəcək

mahmud-abbas-rusiyaya-gedecek
Oxunma sayı: 1795

Fələstin Prezidenti Mahmud Abbas Rusiyaya səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS”a müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O əlavə edib ki, dövlət başçısının səfərinin tarixləri açıqlanacaq.

“RİA Novosti”nin mənbəsinin məlumatına görə, Fələstin lideri avqustun 18-də Rusiyaya gedəcək və həmkarı Vladimir Putinlə görüşəcək.