Mahmud Abbasdan HƏMAS rəhbərinin öldürülməsinə - Reaksiya

mahmud-abbasdan-hemas-rehberinin-oldurulmesine
Oxunma sayı: 4405

Fələstin Prezidenti Mahmud Abbas HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsini pisləyib.

“Qafqazinfo” WAFA Agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstin Prezidentinin ofisinin yaydığı bəyanatda deyilir.

“​Bu, qorxaqlıq və təhlükəli hadisədir”, - deyə bəyanatda bildirilib. Açıqlamada deyilir ki, M. Abbas vətəndaşları birliyə, səbrə və möhkəmliyə çağırıb.

Qeyd edək ki, İ. Haniyə iyulun 30-u İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olub. Gecə saat 2 radələrində onun Tehranda yaşadığı iqamətgaha raket zərbəsi endirilib. Nəticədə HƏMAS rəhbəri və mühafizəçisi həlak olub.

HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib.