Mahnılarını icazəsiz oxuyanları belə cəzalandırıb

mahnilarini-icazesiz-oxuyanlari-bele-cezalandirib
Oxunma sayı: 3871

Xalq artisti Faiq Ağayev bir çox sənətçilərin ifasını yutubdan sildirdiyini etiraf edib.

“Qafqazinfo” xəbər verir ki, müğənni bu haqda “Xəbərin var?” verilişində danışıb.

O bildirib ki, buna səbəb mahnılarının icazəsiz oxunnması olub: “Bir neçəsinin ifasını çox yerdən, eləcə də yutubdan sildirdim. Repertuarımdakı mahnılara icazəsiz müraciət etmişdilər”. 

F. Ağayev məsələ ilə bağlı bunu xatırlayıb: “İllər əvvəl Əlibaba Məmmədovun yanına qardaşımı kasetlə göndərdim ki, ifa etdiyim “Dəşdi” mahnısına qulaq asıb icazə versin. O, icazə verdikdən sonra mən o mahnını oxumağa başladım. Polad Bülbüloğlunun “Gəl, ey səhər” mahnısını otağında dinlətdirdim, razılığını alıb ifa etdim”.

Sənətçi bildirib ki, ondan icazə alınacağı təqdirdə mahnılarının oxunmasına qarşı deyil: “Pəncərə”, “Səni əvəz eləmir”, “Ömür bumu?” adlı mahnılarımı ifaçılar restoranlarda oxuyurlar. Məsələn, Lalə Məmmədova və bir neçəsi icazə aldı. Mən də onlara bu icazəni verdim. O birilər soruşsaydı, “yox” deyəcəkdim?” Oxuyursunuz, əcəb edirsiniz... Amma məşhurlaşmış mahnı ilə gündəmə gəlirsənsə, çiyninin üstündə mənim haqqım var”.