Mahsun yeni filmini təqdim etdi, Özcan gəlmədi

Mahsun yeni filmini təqdim etdi, Özcan gəlmədi
Oxunma sayı: 2349

Ötən gün türkiyəli müğənni, rejissor Mahsun Kırmızıgülün “Prestij meselesi” filminin təqdimatı baş tutub.

“Qafqazinfo” “Akşam” nəşrinə istinadən xəbər verir ki, filmdə həyat hekayəsi danışılan müğənni Özcan Dənizin gecəyə qatılmaması diqqət çəkib.

Dəniz açıqlamasında tədbirə qatıla bilmədiyi üçün çox üzgün olduğunu bildirib. O, Mahsun Kırmızıgül və filmdə əməyi keçən hər kəsi təbrik edib.

“Prestij meselesi”nin layihə rəhbəri Murat Tokat da məsələ ilə bağlı açıqlama verib: “Tədbirə bir saat qalmış mesaj göndərdi. Oğlu çox xəstədir, sistem vurublar. Özünə də, həyat yoldaşına da sistem vurulub. Bu səbəbdən qala gecəsində iştirak edə bilməyəcəyini dedi”.

Qeyd edək ki, 1992-1993-cü illəri əhatə edən film əfsanəvi musiqi prodüseri Hilmi Topaloğlunun "Prestij müzik" şirkətini qurduğu dövrdən bəhs edir. Bu şirkətlə sənət fəaliyyətinə başlayan Mahsun Kırmızıgül, Haluk Levent və Özcan Denizin gənclik illəri ekran işində əks olunub.