Mahsun Kırmızıgül hüquqşunas sevgilisi Ece Binayla ailə həyatı qurub.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, yalnız 30 qonağın qatıldığı toy mərasimindən ilk fotolar yerli mətbuatda yayımlanmağa başlayıb.
Los-Angelesdakı toyda maraqlı məqam diqqətdən yayınmayıb. Belə ki, təşkilatçılar mərasimdə qonaqları yönləndirən işarələrin üstünə müğənninin soyadını yanlış yazıblar.
Həmçinin, toyun baş tutduğu məkanın girişinə “Ece Binay & Mahsun Kirmizipul” yazılıb.
Kırmızıgülün nikah mərasimində ”Sevginin nə zaman sənə gələcəyini, səni harada tapacağını bilməzsən. Ece, səninlə yaşlanmaq istəyirəm” sözləri qonaqlardan böyük alqış alıb.


Son xəbərlər
Son Xəbərlər