Makedoniya da Quaidonu müvəqqəti prezident kimi tanıdı

makedoniya-da-quaidonu-muveqqeti-prezident-kimi-tanidi
Oxunma sayı: 643

Makedoniya müxalifət lideri Xuan Quaidonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən xəbərinə görə, bu barədə Makedoniyanın XİN rəhbəri Nikola Dimitrov bildirib.

Qeyd edək ki, fevralın 4-də 19 Avropa ölkəsi parlamentin spikeri Xuan Quaidonu müvəqqəti prezident kimi tanıdıqlarına dair bəyannamə qəbul ediblər. Bəyanatı İspaniya, Portuqaliya, Almaniya, Böyük Britaniya, Danimarka, Niderland, Fransa, Macarıstan, Avstriya, Finlandiya, Belçika, Lüksemburq, Çexiya, Latviya, Litva, Estoniya, Polşa, İsveçrə və Xorvatiya imzalayıb.