“Makedoniya” problemi davam edir - Yunan xalqı küçələrə axışıb + Fotolar

makedoniya-problemi-davam-edir
Oxunma sayı: 1781

17 iyunda Yunanıstan və Makedoniya baş nazirləri arasında Makedoniyanın adının dəyişdirilərək Şimali Makedoniya Respublikası adlandırılması barədə müqavilə imzalanmışdı.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, bu qərara etiraz edən yunanlılar Selanik şəhərində kütləvi aksiya keçirirlər.

Aksiyaçılar zibil qutularına od vurub və barrikadalar qurublar. Polislər isə gözyaşardıcı qazla aksiyanı dağıtmağa cəhd edib.

Qeyd edək ki, yunan xalqı bu ölkəyə tərkibində Makedoniya sözünün yer aldığı ad verilməsinə qarşı çıxır.

Makedoniya bu problemə görə müstəqilliyini elan etdiyi 1991-ci ildən bəri Avropa İttifaqı və NATO-ya üzv ola bilmir.