Ukrayna ordusunun Makeyevka şəhərinə raket zərbəsi endirməsi nəticəsində ölən rusiyalı hərbçilərin sayı artıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
Həmçinin oxuyun: В Гяндже скончался бывший начальник Отдела полиции - Фото
Məlumata görə, hadisə nəticəsində 89 rusiyalı hərbçi ölüb.
Bildirilir ki, ölənlər arasında polkovnik-leytenant Baçurin də olub.
Xatırladaq ki, yanvarın 1-i Ukrayna ordusu “HIMARS” reaktiv yaylım atəşi sistemləri ilə Makeyevka şəhərində Rusiya hərbçilərinin yerləşdiyi bölgəyə zərbə endirib. Sözügedən şəhər Ukraynanın Donetsk vilayətində, Rusiyanın nəzarəti altında olan ərazidə yerləşir.
Son xəbərlər
Son Xəbərlər