Makqreqor Nurməhəmmədovla revanş döyüşü keçirmək istəyir - Video

makqreqor-nurmehemmedovla-revans-doyusu-kecirmek-isteyir
Oxunma sayı: 1624

Qarışıq döyüş növləri üzrə irlandiyalı döyüşcü Konor Makqreqor yüngül çəkidə UFC çempionu, rusiyalı idmançı Həbib Nurməhəmmədovla növbəti görüşə hazırdır. “Qafqazinfo”nun məlumatına görə, bu barədə o, UFC 246 turniri ərəfəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

İdmançıya onun gələcəkdə Həbib Nurməhəmmədov və ya Toni Ferqüsonla görüşüb-görüşməyəcəyinə dair sual ünvanlayıblar.

“Nəticədən asılı olmayaraq, düşünürəm ki, mən bu insanlarla üz-üzə gəlməli olacağam”, - Makqreqor cavab verib.

O, həmçinin bildirib ki, Həbiblə revanş döyüşü keçirmək niyyətindədir və görüşün Rusiyada keçirilməsində israrlıdır: “Mən Moskva görüşünə israr edirəm”.