Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə sabiq çempionu Konor Makqreqor karyerasını bərpa edib.
“Qafqazinfo” xəbər verir ki, 9 gün əvvəl karyerasını başa vurduğunu bəyan edən irlandiyalı döyüşçü bu barədə tvitter mikrobloqunda yazıb.
“Mən azarkeşlərimlə birlikdə irəli hərəkət etmək istəyirəm. Onların hansı dinə etiqad etdikləri və köklərinin nə olduğu vacib deyil. Bütün dinlər bizi yaxşı olmağa çağırır. Oktaqonda görüşərik”, - deyə 31 yaşlı döyüşçü yazıb.
Qeyd edək ki, sahəsi üzrə ən güclü idmançılardan hesab edilən Makqreqor keçirdiyi 24 döyüşün 21-də qalib gəlib. O, son döyüşündə əzəli rəqibi, rusiyalı döyüşçü Həbib Nurməhəmmədova uduzub.

Son xəbərlər
Son Xəbərlər