Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, bunu Rusiya Prezidenti Vladimir Putinlə danışıqların yekunları üzrə birgə mətbuat konfransı zamanı deyib.
Makronun sözlərinə görə, Fransanın böhran mərkəzi təhvil verilən ermənilərin daşınılması üçün təyyarə təşkil edib.
E.Makron qeyd edib ki, Azərbaycan Prezidenti, Fransa Prezidenti, Avropa Şurasının Prezidenti və Ermənistanın Baş nazirinin iştirakı ilə bu yaxınlarda videoformatda keçirilən görüşdə itkin düşmüş şəxslər, qaçqınlar və digər məsələlərlə bağlı suallar qaldırılıb.
Son xəbərlər
Son Xəbərlər