Makron bu görüntüsü ilə diqqət mərkəzində - Video

makron-bu-goruntusu-ile-diqqet-merkezinde
Oxunma sayı: 3709

Fransa Prezidenti Emmanuel Makron Fransa Polineziyasına səfərində çiçəklərlə bəzədilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qarşılama mərasimində boynuna çox sayda çiçək boyunbağı taxılan Makron, demək olar ki, “yeriyən çiçəyə” çevrilib.

Yerli xalqla bir araya gələn Makron bir anda onlarla çiçək boyunbağı ilə əhatə olunub.

O, üzərindəki ağırlıqla yeriməkdə və başını hərəkət etdirməkdə çətinlik çəkib.