Makron Durovun saxlanılmasını belə şərh etdi

makron-durovun-saxlanilmasini-bele-serh-etdi
Oxunma sayı: 8260

Fransa Prezidenti Emmanuel Makron teleqramın qurucusu Pavel Durovun saxlanılmasını şərh edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransa Prezidenti “X”də paylaşım edib.

“Fransa ifadə və ünsiyyət azadlığına, innovasiyalara və sahibkarlığa çox bağlıdır. Bu, belə davam edəcək.

Teleqram rəhbərinin Fransa ərazisində saxlanılması davam edən hüquqi araşdırma çərçivəsində baş tutub. Bu heç bir halda siyasi qərar deyil. Qərar vermək hakimlərin işidir”, - paylaşımda qeyd edilib.