Makron Fransa-İngiltərə oyununun nəticəsini proqnozlaşdıracaq

makron-fransa-ingiltere-oyununun-neticesini-proqnozlasdiracaq
Oxunma sayı: 1771

Fransa Prezidenti Emmanuel Makron yenidən millinin dünya çempionatındakı oyununun nəticəsini proqnozlaşdırmaq qərarına gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Fransa lideri qələbə qazanacaqlarına şübhəsi olmadığını bildirib:

“Hələ hesabı deyə bilməsəm də, qalib gələcəyimizi düşünürəm. Matç ərəfəsində hesabı deyəcəm, ilk olaraq müraciətlərə baxmalıyam. Komandamızı Polşa ilə möhtəşəm oyun münasibəti ilə təbrik etmək istəyirəm. İngiltərəyə qalib gəlsək, söz verdiyim kimi yarımfinala və finala gedəcəm”.

Qeyd edək ki, Makron hazırkı dünya çempionatında Fransanın Polşanı 3-1 hesabı ilə məğlub edəcəyini proqnozlaşdırmışdı.