Makron Fransa prezidenti ola bilər - İlk tur bitdi

makron-fransa-prezidenti-ola-biler
Oxunma sayı: 693

Fransada prezident seçkilərinin ilk turunun nəticələri açıqlanır.

"Qafqazinfo" "Ria-Novosti"yə istinadən xəbər verir ki, ilkin nəticələrə əsasən Emmanuel Makron rəqiblərini qabaqlayıb. 

***
AzərTac-ın məlumatına görə,  Fransada prezident seçkilərinin birinci turunun ilkin nəticələri açıqlanıb. İlkin nəticələrə gərə, Emmanuel Makron 23, 7 faiz, Marin Le Pen 21,7 faiz səsi toplayaraq ikinci tura keçiblər. Fransua Fiyon tərəfdarlarını Makrona səs verməyə çağırıb.

Mayın 7-nə təyin olunmuş ikinci turda fransızlar bu iki nəfərdən birini V Respublikanın 8-ci prezidenti seçəcəklər.