Çində səfərdə olan Fransa lideri Emmanuel Makron həmkarı Si Szinpinə at bağışlamaq niyyətindədir.
“Qafqazinfo” xəbər verir ki, bunu Çin XİN-nin rəsmi nümayəndəsi də təsdiqləyib. O bildirib ki, Fransa prezidenti atı dövlət hədiyyəsi kimi təqdim edəcək. Makronun seçdiyi at artıq Çindədir.
Qeyd edək ki, Çin liderinin dəvəti ilə Makron 8-10 yanvar tarixində bu ölkədə rəsmi səfərdə olacaq.
Son xəbərlər
Son Xəbərlər