Fransa prezidenti Emmanuel Makron Eduar Filippi ölkənin yeni baş naziri təyin edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 46 yaşlı Eduar Filipp daha əvvəl Qavr şəhərinin meri olub, hazırda isə “Respublikaçılar” partiyasından deputatdır.
Qeyd edək ki, daha əvvəl adıçəkilən partiya Makronla işləyəcək istənilən deputatı sıralarından çıxaracaqlarına söz vermişdilər.
Son xəbərlər
Son Xəbərlər