Makron prezidentliyə namizədliyini açıqladı

makron-prezidentliye-namizedliyini-aciqladi
Oxunma sayı: 3905

Fransa Prezidenti Emmanuel Makron fransızlara açıq məktubunda prezident seçkilərində öz namizədliyini irəli sürdüyünü rəsmən bəyan edib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Makron məktubunda respublika prezidenti qismində yeni mandatı üçün seçicilərin ona etimad göstərməsini xahiş edib.

Martın 4-dək namizədlər seçilmiş vəzifəli şəxslərin dəstəyi barədə minimum 500 imzanı Konstitusiya Şurasına təqdim etməlidirlər. Martın 7-də Konstitusiya Şurası seçkilərdə namizədlərin son siyahısını müəyyənləşdirməlidir.

Fransada bir sıra siyasətçilər prezident seçkilərində namizəd olmaq arzusunu ifadə edib. Onların ümumi sayının 40-dan çox olduğu bildirilir. Son günlər keçirilən ictimai rəy sorğularında Emmanuel Makrona səs vermək niyyətində olan seçicilərin sayında artım qeydə alınır. Sorğuların nəticələrinə əsasən, ölkənin hazırkı prezidenti ilk turda bütün rəqiblərindən xeyli çox - səslərin 28 faizini toplaya bilər. Seçkilərin ikinci turunda isə seçicilərin yarıdan çoxu ona səs verməyə hazırdır.

Qeyd edək ki, Fransada prezident seçkiləri iki turda - aprelin 10-da və 24-də keçiriləcək.