Makron Putin və Trampla Qarabağı müzakirə edəcək

makron-putin-ve-trampla-qarabagi-muzakire-edecek
Oxunma sayı: 4046

Fransa Prezidenti Emmanuel Makron Dağlıq Qarabağdakı hərbi əməliyyatlarla əlaqədar Rusiya Prezidenti Vladimir Putin və Amerika lideri Donald Trampla telefon danışıqları aparmağı planlaşdırdığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, Makron bu barədə Riqa şəhərində keçirilən mətbuat konfransında açıqlama verib.

“Bu məsələ ilə bağlı fikir mübadiləsi aparmaq və çıxış yollarını təklif etmək üçün bu axşam Rusiya Prezidenti Vladimir Putinlə, sabah isə ABŞ Prezidenti Donald Trampla danışacağam”,- deyə Makron vurğulayıb.

Qeyd edək ki, Fransa, ABŞ və Rusiya ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədrləridir.