Makron Putinə Zelenskinin mesajını çatdırıb

makron-putine-zelenskinin-mesajini-catdirib
Oxunma sayı: 3822

Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, ukraynalı həmkarı Vladimir Zelenskinin xahişi ilə Rusiya lideri Vladimir Putinə zəng edib.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkə lideri arasında telefon danışığı ötən gün baş tutub.

Makron bildirib ki, sürətli, açıq və birbaşa fikir mübadiləsi baş tutub. O, qeyd edib ki, Fransa və Zelenskinin mesajını Rusiya Prezidentinə çatdırıb.

Daha əvvəl Kreml telefon danışığı barədə yaydığı məlumatda qeyd etmişdi ki, Putin Ukrayna ətrafındakı vəziyyətlə bağlı Makrona dolğun izahatlar verib.