Makron rəsmən prezident seçkilərinin qalibi elan olundu

makron-resmen-prezident-seckilerinin-qalibi-elan-olundu
Oxunma sayı: 763

Fransa Konstitusiya Şurasının rəhbəri Loran Fabius “İrəli” hərəkatının lideri Emmanuel Makronu mayın 7-də keçirilən prezident seçkilərinin rəsmən qalibi elan edib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, açıqlamada bildirilir ki, Makronu seçicilərin 66,1 faizi, rəqibi, “Milli cəbhə” partiyasının lideri Marin Le Peni isə 33,9 faizi dəstəkləyib.