Makron Suriya ordusu ilə bağlı qərar verəcək

makron-suriya-ordusu-ile-bagli-qerar-verecek
Oxunma sayı: 1200

Fransa prezidenti Emmanuel Makron Suriya hökumət ordusuna hava zərbələri endirmək barədə qərar verəcək.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Makron bunu Duma şəhərinə edilən kimyəvi hücumlar haqda yekun sübutları əldə edildikdən sonra edəcəklərini deyib.

“Bizə vaxtı çatanda mühüm qərar qəbul etmək lazım gələcək”, - deyə Makron bildirib.

Prezident onu da əlavə edib ki, Fransa hakimiyyətinin əlində kimyəvi hücumun Suriya ordusu tərəfindən edildiyinə aid sübutlar var. 

Aysel Kərimova