Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefonda danışıb.
“Qafqazinfo” xəbər verir ki, Kremlin yaydığı məlumata görə, söhbət zamanı liderlər İranla nüvə sazişi ətrafındakı situasiyanı müzakirə ediblər.
Bundan başqa, Makron ABŞ səfərinin nəticələri ilə bağlı həmkarını məlumatlandırıb:
Qeyd edək ki, daha əvvəl prezident Həsən Ruhani Makrona İran nüvə proqramı ilə bağlı sazişin müzakirə mövzusu olmadığını bildirmişdi.
Prezident Makron tvitter hesabında Putinlə telefon danışığının videosunun yerləşdirib. Əlaqə təyyarədə, Makronun Avstraliya səfəri əsnasında baş tutub.
Son xəbərlər
Son Xəbərlər