Makron və Boris Conson Superliqaya qarşı çıxdılar

makron-ve-boris-conson-superliqaya-qarsi-cixdilar
Oxunma sayı: 1562

Avropa Superliqasının yaradılmasını dəstəkləyənlərlə yanaşı etiraz edənlər də var.

“Qafqazinfo” xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron bu liqanın futbolun inkişafını təhdid etdiyini bildirib: 

“Superliqanın yaradılması futbolun inkişafına təhdiddir. Biz bu cür liqanı dəstəkləyə bilmərik”.

Böyük Britaniyanın Baş naziri Boris Conson da Superliqa ideyasına qarşı çıxıb: “Biz bu ideyanı dəstəkləmirik. Hər zaman UEFA-nın yanındayıq. Superliqanın yaradılmasında xüsusi maraqlar var. Bu səbəbdən azarkeşlər də əziyyət çəkəcək”.