Makron və Zelenskinin görüşü olacaq

makron-ve-zelenskinin-gorusu-olacaq
Oxunma sayı: 1110

Fransa Prezidenti Emmanuel Makron aprelin 16-da Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir kİ, bu barədə fransız liderin ofisi məlumat yayıb. Dövlət başçılarının görüşü işgüzar səhər yeməyi ilə Parisdə baş tutacaq.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidentinin ofisi Zelenskinin Almaniya kansleri Angela Merkellə də görüşəcəyi barədə məlumat yaymışdı.

Qeyd edək ki, Ukrayna, Rusiya, Fransa və Almaniya Donbassdakı vəziyyətlə əlaqədar “normand formatı” danışıqlarının iştirakçılarıdır.