Makron yaxın həftələrdə Kiyevə səfər edə bilər

makron-yaxin-heftelerde-kiyeve-sefer-ede-biler
Oxunma sayı: 665

Fransa Prezidenti Emmanuel Makron yaxın həftələrdə Ukraynanın paytaxtı Kiyevə səfər edə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Europe 1” radiostansiyası yayıb.

Məlumata görə, Makron Kiyevə səfəri zamanı ölkənin Ukraynaya əlavə olaraq daha 6 “Caesar” özüyeriyən artilleriya sistemi göndərməyi planlaşdırdığını açıqlayacaq.