Makron Yeni Kaledoniyaya gedir

makron-yeni-kaledoniyaya-gedir
Oxunma sayı: 2853

Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyaya səfər edəcək.

“Qafqazinfo” “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Fransa hökumətinin rəsmi nümayəndəsi Priska Teveno açıqlayıb. 

Səfərin bu gün axşam baş tutacağı bildirilir. Məlumata görə, səfər əvvəlcədən planlaşdırılmadığından Fransa liderinin qrafikində dəyişiklik edilib. Belə ki, o, Normandiyaya səfər etməyə hazırlaşırdı. 

Qeyd edək ki, Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada müstəqillik tərəfdarları tərəfindən təşkil edilən aksiyalarda 6 nəfər həlak olub.