Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenskinin dəvətini qəbul edib.
“Qafqazinfo” bildirir ki, bu barədə məlumat Ukrayna Prezidentinin rəsmi saytında yerləşdirilib. Bildirilir ki, Ukraynaya dəvət alan Makron Kiyevə səfər edəcək.
Bundan başqa, o da məlum olub ki, E. Makron, V. Zelenski və Almaniya kansleri Angela Merkel yaxın zamanda üçtərəfli telefon danışığı aparacaqlar. Tərəflər Donbassdakı vəziyyəti müzakirə edəcəklər.
Son xəbərlər
Son Xəbərlər