Makrondan erməni hərbçilərin təhvil verilməsinə münasibət

makrondan-ermeni-herbcilerin-tehvil-verilmesine-munasibet
Oxunma sayı: 2929

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan tərəfindən 8 erməni hərbçinin qarşı tərəfə təhvil verilməsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Fransa Prezidenti bu barədə öz rəsmi tviter hesabında paylaşım edib.

O qeyd edib ki, 8 erməni Azərbaycan tərəfindən sərbəst buraxılıb və Bakıdan İrəvana yola salınıb.

“Diplomatlarımıza, eləcə də bu əməliyyatda səfərbər olan əsgərlərimizə təşəkkür edirəm. İrəli gedirik”, - deyə Makron əlavə edib.