Makronla görüşdə rahat davranışına görə tənqid olundu - Fotolar

Makronla görüşdə rahat davranışına görə tənqid olundu
Oxunma sayı: 4917

Daha əvvəl Elisey Sarayında Rihannanı qonaq edən Fransa Prezidenti Emmanuel Makron bu dəfə kanadalı müğənni Castin Biberlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Biber instaqram hesabında Fransa səfərindən bir foto paylaşaraq görüşün baş tutduğunu qeyd edib.

Şəkildə Biberlə model xanımı Heyli Bolduin Biber və Makronla birinci xanım Bricit Makron yer alıb.

Biber səfəri ilə bağlı açıqlama verməyib. Fransa mətbuatı Makronun sənətçi ilə “gənclik problemləri” barədə danışdıqlarını qeyd edib.

Bundan əlavə, pop ulduz Sarayda Prezidentlə görüşə idman ayaqqabısı ilə qatıldığına, xüsusilə də ölkə başçısının qarşısında oturuş tərzinə görə tənqidlərə məruz qalıb. O, səhlənkarlıqda və dövlət başçısı ilə xanımına qarşı saymazlıq nümayiş etdirməkdə təqsirləndirilib.