Makronun andiçmə mərasimi keçirildi

makronun-andicme-merasimi-kecirildi
Oxunma sayı: 1280

Fransanın yenidən seçilən Prezidenti Emmanuel Makronun inaqurasiya mərasimi keçirilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Yelisey sarayında keçirilən andiçmə mərasimində 450-yə yaxın qonaq iştirak edib.

Qeyd edək ki, aprelin 24-də keçirilən prezident seçkisinin ikinci turunda 18,7 milyon seçici (58,55 faiz) Emmanuel Makronun lehinə səs verib. Milli Birlik Partiyasının nümayəndəsi Marin le Pen isə 41,45 faiz, 13,2 miyon səs toplayıb.