Böyük Britaniya monarxı III Çarlzın həyat yoldaşı Kraliça Kamilla Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin müttəfiq qüvvələrin Normandiyaya desant etməsinin 80 illiyinə həsr olunmuş tədbirdə onun əlini sıxmaq cəhdinə məhəl qoymayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb.
Hadisə Vers-sur-Merin Norman kommunasında Britaniya memorialının yaxınlığında baş verib.
Yayımlanan videoya görə, Kamilla və Bricit abidənin önünə əklillər qoyublar, bundan sonra Fransanın birinci xanımı tutmaq üçün kraliçaya əlini uzadıb, lakin o, bu jestə cavab verməyib.
“Yöndəmsiz məqam: Bricit Makron Normandiyadakı “D-Day” memorialında Kraliça Kamillanın əlindən tutmağa çalışaraq kral protokolunu pozur”, - məqalədə qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər