Makronun çıxışından sonra etirazlar başladı

makronun-cixisindan-sonra-etirazlar-basladi
Oxunma sayı: 1688

Fransa Prezidenti Emmanuel Makronun xalqa müraciətindən sonra ölkədə etirazlar başlayıb.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, Parisdə 2 000-ə yaxın etirazçı nümayişə qatılıb.

Fransanın məşhur şəhərlərində yaşayan sakinlər Makrona narazılığını bildirmək üçün küçələrə axışıblar.

Qeyd edək ki, Fransanın aparıcı həmkarlar ittifaqları ölkədə pensiya yaşının artırılmasına qarşı ümumxalq etirazı təşkil ediblər.

Xatırladaq ki, Fransada pensiya yaşı 62-dən 64-ə yüksəlib.