Makronun keçmiş köməkçisinə 3 illik həbs cəzası verildi - Video

makronun-kecmis-komekcisine-3-illik-hebs-cezasi-verildi
Oxunma sayı: 1359

Fransa Prezidenti Emmanuel Makron administrasiyasının keçmiş əməkdaşı Aleksandr Benall 3 il müddətinə azadlıqdan məhrum edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransa mətbuatı xəbər yayıb. Bildirilir ki, Benall 2018-ci il nümayişləri zamanı güc tətbiq etməkdə təqsirləndirilir. Qalmaqal mayın 1-də sosial şəbəkədə Parisdə keçirilən mitinqdə Benallın əvvəlcə yürüş iştirakçısı olan qızla necə kobud davrandığını, sonra isə ona bir neçə zərbə endirdiyini əks etdirən videonun yayılmasından sonra başlayıb.

Benalla qarşı zorakılıq hərəkətləri, dövlət nişanlarından qanunsuz istifadə, peşə sirrini pozma maddələri üzrə ittihamlar elan edilib.