Fransada parlament seçkilərinin ilk turu başa çatıb.
“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, seçicilərin 40,75 faizinin iştirak etdiyi seçkilərin ilk nəticəsinə görə, prezident Emmanuel Makronun rəhbəri olduğu “İrəli respublika” hərəkatı öndədir.
Ekzit-pollar Makronun partiyasının 30% səs topladığını göstərir.
“Respublikaçılar” 19-20, “Milli Cəbhə” isə 17% səs toplayıb.
Qeyd edək ki, millət vəkilliyi uğrunda 7877 namizəd mübarizə aparır. Milli Məclisə 577 deputat seçilməlidir.
Son xəbərlər
Son Xəbərlər