Makronun partiyası seçkilərin ikinci turunda mütləq çoxluğu əldə edə bilmədi

makronun-partiyasi-seckilerin-ikinci-turunda-mutleq-coxlugu-elde-ede-bilmedi
Oxunma sayı: 1920

Fransada 577 yerlik Milli Məclisdə vəzifə yerinə yetirəcək deputatları müəyyən edəcək ümumi seçkilərin ikinci turu üçün səsvermə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, yerli mətbuatda exit-pollun nəticələri yayımlanıb.

Nəticələrə görə Fransa Prezidenti Emmanuel Makronun “Birlikdə!” (“Ensemble!”) partiyası ikinci turda Milli Məclisdə 577 yerdən 224-nü qazansa da, mütləq çoxluğu əldə edə bilməyib.

Makronun verdiyi vədləri yerinə yetirməsi üçün onun parlamentdə mütləq çoxluğu əldə edə bilməsi və ümumi seçkilərdə hökuməti formalaşdıra bilməsi böyük əhəmiyyət kəsb edir.