“Makronun sözləri absurddur” - Zaxarova

makronun-sozleri-absurddur
Oxunma sayı: 2837

“Fransa Prezidenti Emmanuel Makronun Ukrayna ilə bağlı son açıqlaması absurddur”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib.

"Fransa Prezidenti həqiqətən əmindirmi ki, Kiyev rejiminə döyüş əməliyyatları üçün silah və təyyarələr verilsə, bu vəziyyətin gərginləşməsinə səbəb olmayacaq? Mən belə bir məntiqin yetkin adamda ola biləcəyinə inanmaqdan imtina edirəm", - deyə XİN sözçüsü bildirib.

Qeyd edək ki, Makron Ukraynaya hərbi təyyarələrin tədarükünün eskalasiyaya səbəb olmayacağını deyib.