Tanınmış rusiyalı aktyor, aparıcı və şoumen Maksim Qalkin Bakıda toyda iştirak edib.
“Qafqazinfo”nun Oxu.Az-a istinadən xəbərinə görə, aparıcı mərasimdən görüntüləri öz instagram səhifəsində yerləşdirib.
Maksim Qalkindən əlavə toyda Boney M., “Lazurnıy bereq” qrupu və digər tanınmış ifaçılar iştirak ediblər.
Qeyd edək ki, M.Qalkin “Jara-2017” Beynəlxalq Musiqi Festivalının aparıcılarından biridir. Festival iyulun 27-dən 30-na qədər Sea Breeze istirahət mərkəzində keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər