Maksim Şevçenko Dumaya seçkilərdə namizəd olacaq

maksim-sevcenko-dumaya-seckilerde-namized-olacaq
Oxunma sayı: 1655

Rusiyanın tanınmış jurnalisti və ictimai-siyasi xadimi, Qarabağ müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Maksim Şevçenko Rusiya Dövlət Dumasına seçkilərdə namizədliyini irəli sürəcək.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, Şevçenko Moskvanın 208-ci seçki dairəsindən namizəd olacağını bildirib.

Dumaya seçkilər sentyabrın 19-na planlaşdırılır.