MakSimin son vəziyyəti açıqlandı

maksimin-son-veziyyeti-aciqlandi
Oxunma sayı: 4513

İki həftədir ağciyərlərin süni ventilyasiyası cihazına qoşulu vəziyyətdə medikamentoz yuxuda olan rusiyalı müğənni MakSimin (Marina Maksimova) vəziyyətində dəyişiklik hələ yoxdur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a müğənninin piar-meneceri Yana Boquşevskaya bildirib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, həkimlər yeni koronavirus testi etməyiblər.

“Bütün [əvvəlki] testlər mənfi idi, indi, əlbəttə, test etmirlər, müalicə ilə məşğul olurlar”, - o deyib.