Maksimum balı bu məktəbin məzunu topladı

Maksimum balı bu məktəbin məzunu topladı
Oxunma sayı: 6183

Dövlət İmtahan Mərkəzi 10 və 11 iyun 2020-ci il tarixlərində 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.

DİM-dən "Qafqazinfo"ya verilən məlumata görə, imtahan iştirakçıları arasında 1 nəfər – Abşeron rayonu Xırdalan şəhər 1 saylı orta məktəbin məzunu toplanıla biləcək maksimal nəticə – 300 bal toplayıb. 

İkinci ən yüksək nəticəni 297.7 bal toplayan Bakı şəhəri 36 saylı orta məktəbin məzunu göstərib. 

Bundan əlavə, 4 nəfər (Qəbələ rayonu Vəndam qəsəbəsi 1 saylı orta məktəbin, Qubadlı rayonu 3 saylı şəhər orta məktəbin, Bakı şəhəri 57 saylı orta məktəbin, Bakı şəhəri 178 saylı orta məktəbin məzunları) 297.1 bal toplayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi