“NTV” kanalının qurucularından biri, tanınmış siyasətçi İqor Malaşenkonun ölümündə hər hansı cinayət əlamətləri aşkarlanmayıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu gün keçirilmiş tibbi ekspertizadan sonra Əndəlus Ali Məhkəməsi bu qənaətə gəlib. Yekun hesabat isə bir ay sonra açıqlanacaq.
Xatırladaq ki, fevralın 25-də İspaniyada Malaşenkonun cəsədi tapılmışdı. Onun intihar etdiyi məlum olmuşdu.
Son xəbərlər
Son Xəbərlər