Malatyada kütləvi zəhərlənmə - 59 işçi xəstəxanaya yerləşdirildi

malatyada-kutlevi-zeherlenme
Oxunma sayı: 1408

Türkiyənin Malatya şəhərində kütləvi zəhərlənmə halı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “TRT haber” məlumat paylaşıb.

Bildirilib ki, mütəşəkkil sənaye zonasındakı fabrikdə çalışan işçilər yemək yedikdən sonra ürəkbulanma və başağrısı hiss ediblər.

Onlar Malatya Təhsil və Araşdırma Xəstəxanasına və Battalgazi Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Qidadan zəhərlənən 59 işçiyə tibbi yardım göstərilib.

Hazırda işçilərin vəziyyətinin qənaətbəxş olduğu qeyd olunub.

Onların nədən zəhərləndiyi araşdırılır.