Malatyada zəlzələdən zərər görən bina çökdü - Yaralananlar var

malatyada-zelzeleden-zerer-goren-bina-cokdu
Oxunma sayı: 1548

Malatyada 6 fevralda baş verən zəlzələdən zərər görən bina çöküb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Malatyanın Kiçik Mustafa Paşa məhəlləsinin Zapçıoğlu küçəsindəki binada olub.

Hadisə nəticəsində 4 nəfər yaralanıb və onlar xəstəxanaya aparılıb.

Uçan binanın bəzi hissələri bitişik binanın divarına da ziyan vurub.